TAM ÖTÜRÜCÜNÜN SÖNDÜRÜLMƏSİ
BMW avtomobillərində xDrive tam ötürücüsünü deaktiv etmək üçün istifadə olunur. Bu, əsasən xDrive sisteminə malik modellər üçündür.
Əsas məqsədlər:
- Avtomobili arxa ötürücüyə keçirmək (RWD)
- Ön ötürücü və ya paylayıcı qutunu söndürmək, eyni zamanda sistemin xəta verməsinin qarşısını almaq.
- Çəkinin və itkilərin azaldılması
- Ön ötürücünü deaktiv etməklə ümumi çəki və mexaniki itkilər azaldılır.
- Uyğunsuz transmissiyaların istifadəsi
- Digər mühərrik və sürət qutusu dəyişikliklərində xDrive sistemi problem yaradırsa, deaktiv edilir.
- Xəta rejiminin qarşısını almaq
- Sadəcə olaraq kardanın və ya digər hissələrin mexaniki çıxarılması xətalara səbəb olur.
- Bu proqram vasitəsilə xDrive elektron şəkildə deaktiv edilir və DSC, 4x4, ABS və s. sistemlərdə xəta çıxmır.
Vacibdir:
- Sadəcə olaraq kardanı və ya ön ötürücünü çıxarmaq bəs etmir – proqram təminatı ilə deaktivasiya da mütləqdir.
- Bəzi hallarda DSC, VTG (paylayıcı qutu), DME bloklarının da kodlaşdırılması tələb olunur.
Ən çox hansı BMW modellərində istifadə olunur:
- F seriyası: F30-328xi, F10-528xi və digərləri.