Servis intervalının sıfırlanması
BMW-də servis intervalının sıfırlanması, texniki baxışdan sonra avtomobilin servis məlumatlarının düzgün göstərilməsi üçün vacibdir. Məsələn, mühərrik yağı, əyləc yastıqları və ya filtrlər dəyişdirildikdən sonra sistem hələ də xidmətin vaxtının çatdığını göstərə bilər. Bu halda, intervalı diler programı ilə sıfırlamaq lazımdır.
Servis intervalının sıfırlanması nə üçün vacibdir:
Paneldəki xəbərdarlıqların silinməsi
Sıfırlamadan sonra aşağıdakı bildirişlər yox olur:
• “Service due” yazısı
• “Oil service required” yazısı
• Cihaz panelində ''Oil Inspection'' yazısı və ya CCC ekranında servis mesajları
Texniki baxışların düzgün qeydiyyatı
Bu, avtomobilin texniki tarixinə nəzarət etmək və gələcəkdə (xüsusilə satış zamanı) dəqiq məlumat təqdim etmək üçün önəmlidir.
Yalan həyəcan siqnallarının qarşısının alınması
Əgər servis sıfırlanmasa, sistem artıq görülmüş işləri hələ də xatırladır və bu qarışıqlığa səbəb ola bilər.
CBS sisteminin düzgün işləməsi (Condition Based Service)
BMW-nin CBS sistemi yağın, əyləcin, mayelərin və digər komponentlərin vəziyyətini izləyir. Xidmət görüldükdən sonra sistemə bunun bildirilməsi vacibdir.
Aşağıdakı hallarda servis intervalı sıfırlanmalıdır:
- Mühərrik yağının dəyişdirilməsi
- Əyləc yastıqlarının dəyişdirilməsi (ön/arxa)
- Əyləc mayesinin dəyişdirilməsi
- Filtrlərin dəyişdirilməsi
- Ümumi texniki baxış (Vehicle Check)
❗ Diqqət:
Servis intervalını yalnız xidmət işi həqiqətən görüldükdən sonra sıfırlamaq lazımdır. Əks halda, avtomobil lazımi xidmət olmadan uzun müddət istifadə edilə bilər, bu isə mexanizmlərə zərər verə bilər.