ALIŞMA ŞAMLARININ YOXLANILMASI
AUTOOL SPT101 benzin mühərriklərinin alışdırma şamlarını yoxlamaq üçün nəzərdə tutulmuşdur. Bu cihaz şamın işlək olub-olmadığını və real şəraitə yaxın vəziyyətdə necə işlədiyini müəyyən etməyə kömək edir. Əsas funksiyaları: 1. İskranın yoxlanması: Şamın ucları arasında qığılcım (iskra) yaranırmı, yoxsa yox – bunu göstərir. Qığılcımın gücü, sabitliyi və forması müşahidə olunur. 2. Şamların müqayisəsi: Eyni anda iki şamı test etmək və bir-biri ilə müqayisə etmək mümkündür. 3. Real şəraitin simulyasiyası: Cihaz mühərrikin iş rejimini təqlid edərək 0-dan 6000 dövr/dəq-ə qədər tezliyi tənzimləməyə imkan verir. 4. Vaxt və pul qənaəti: Bütün şamları dəyişməyə ehtiyac olmur – nasaz olanı tez tapmaq mümkündür. 5. Təhlükəsiz və mühərrikdən kənar yoxlama: Şamı mühərrikə taxmadan, sadəcə test cihazında yoxlamaq olur. Nə zaman istifadə etmək lazımdır: Mühərrik silkələnirsə, çətin işə düşürsə və ya güc itkisi varsa. Yeni alınmış şamları quraşdırmadan əvvəl yoxlamaq üçün. Müntəzəm texniki xidmət zamanı və ya avtomobil uzun müddət işləmədikdə.