MÜHƏRRİKİN DƏRƏCƏSİNİ 90-95°C DƏK AZALMASI

80 azn - dən


BMW mühərriklərində (çox vaxt bütün BMW mühərriklərinə — M, N, B seriyası və s. — quraşdırılır) soyuq termostat standart termostatla müqayisədə soyuducu mayenin işlək temperaturunu azaltmaq üçün istifadə olunur. Bu, çip-tuninqə aid bir təkmilləşdirmədir və əsasən idman, gücləndirilmiş (forsajlı) istifadə və Azərbaycan kimi isti yay iqlimli ölkələrdə istismar üçün tətbiq olunur.


BMW mühərrikinə soyuq termostat niyə qoyulur:

1. Yük altında mühərrikin temperaturunun azaldılması

  • Zavod termostatı adətən 97.7°C – 105°C aralığında açılır, soyuq termostat isə 90–95°C-də aralığında açılır.
  • Bu da aqressiv sürüş və ya çip-tuninq zamanı mühərrikin ümumi istilik rejimini aşağı salmağa kömək edir.

2. Detonasiyadan qorunma

  • Yüksək temperatur zamanı xüsusilə turbo mühərriklərdə detonasiya riski artır.
  • Soyuq termostat temperaturu təhlükəsiz həddə saxlamağa kömək edir və porşenlərə, şamlar və klapanlara düşən istilik yükünü azaldır.

3. Çip-tuninqdə etibarlılığın artırılması

  • Gücləndirilmiş mühərriklərdə (artırılmış bustlu) temperaturun stabil qalması çox vacibdir.
  • Soyuq termostat artırılmış güc şəraitində mühərrikin qızmasının qarşısını alır.

4. Yağın daha stabil işləməsi

  • Soyuducu mayenin temperaturu aşağı olduqda, mühərrik yağı da daha stabil və rahat rejimdə işləyir.
  • Bu da yağın həddindən artıq durulaşmasının qarşısını alır və yağlama keyfiyyətini artırır.

5. Detalların ömrünün uzadılması

  • Daha az qızma → daha az termal yüklənmə → daha uzunömürlü prokladkalar, salniklər, plastiklər, borular, turbo, membranlar və s.
  • Və nəhayət ancaq bizdə - Cihaz panelində mühərrikin temperatur göstəricisi zavod parametri olan 125°C-dən 105°C-yə endiriləcək. Bu isə o deməkdir ki: Mühərrikin həddindən artıq qızma riski azalacaqmühərrikinizin qızması barədə vaxtı-vaxtında zərəsiz xəbərdar olacaqsınız.
  • Turbinli və ya turbinsiz mühərrikin iş temperaturu (tam yüklənməyə hazır vəziyyət) :
  • Soyuducu mayenin temperaturu: 85–105 °C — atmosfer və turbinli mühərriklərindəki kimi, normal diapazondur. İdeal iş diapazonu: 90–95°C.
  • Mühərrik yağının temperaturu: 90–110 °C — mühərriki tam yükləmədən əvvəl yağın temperaturu ən azı 90 °C olmalıdır. İdeal iş diapazonu: 90–100°C.
  • Turbinli və ya turbinsiz mühərrikin tam işə hazır olduğunu göstərən əlamətlər:
    1. Soyuducu maye 90 °C temperaturda sabit qalır.
    2. Yağın temperaturu 90–100 °C arasındadır.