MÜHƏRRİKİN DƏRƏCƏSİNİ 90-95°C DƏK AZALMASI
BMW mühərriklərində (çox vaxt bütün BMW mühərriklərinə — M, N, B seriyası və s. — quraşdırılır) soyuq termostat standart termostatla müqayisədə soyuducu mayenin işlək temperaturunu azaltmaq üçün istifadə olunur. Bu, çip-tuninqə aid bir təkmilləşdirmədir və əsasən idman, gücləndirilmiş (forsajlı) istifadə və Azərbaycan kimi isti yay iqlimli ölkələrdə istismar üçün tətbiq olunur.
BMW mühərrikinə soyuq termostat niyə qoyulur:
1. Yük altında mühərrikin temperaturunun azaldılması
- Zavod termostatı adətən 97.7°C – 105°C aralığında açılır, soyuq termostat isə 90–95°C-də aralığında açılır.
- Bu da aqressiv sürüş və ya çip-tuninq zamanı mühərrikin ümumi istilik rejimini aşağı salmağa kömək edir.
2. Detonasiyadan qorunma
- Yüksək temperatur zamanı xüsusilə turbo mühərriklərdə detonasiya riski artır.
- Soyuq termostat temperaturu təhlükəsiz həddə saxlamağa kömək edir və porşenlərə, şamlar və klapanlara düşən istilik yükünü azaldır.
3. Çip-tuninqdə etibarlılığın artırılması
- Gücləndirilmiş mühərriklərdə (artırılmış bustlu) temperaturun stabil qalması çox vacibdir.
- Soyuq termostat artırılmış güc şəraitində mühərrikin qızmasının qarşısını alır.
4. Yağın daha stabil işləməsi
- Soyuducu mayenin temperaturu aşağı olduqda, mühərrik yağı da daha stabil və rahat rejimdə işləyir.
- Bu da yağın həddindən artıq durulaşmasının qarşısını alır və yağlama keyfiyyətini artırır.
5. Detalların ömrünün uzadılması
- Daha az qızma → daha az termal yüklənmə → daha uzunömürlü prokladkalar, salniklər, plastiklər, borular, turbo, membranlar və s.
- Və nəhayət ancaq bizdə - Cihaz panelində mühərrikin temperatur göstəricisi zavod parametri olan 125°C-dən 105°C-yə endiriləcək. Bu isə o deməkdir ki: Mühərrikin həddindən artıq qızma riski azalacaq və mühərrikinizin qızması barədə vaxtı-vaxtında zərəsiz xəbərdar olacaqsınız.
- Turbinli və ya turbinsiz mühərrikin iş temperaturu (tam yüklənməyə hazır vəziyyət) :
- Soyuducu mayenin temperaturu: 85–105 °C — atmosfer və turbinli mühərriklərindəki kimi, normal diapazondur. İdeal iş diapazonu: 90–95°C.
- Mühərrik yağının temperaturu: 90–110 °C — mühərriki tam yükləmədən əvvəl yağın temperaturu ən azı 90 °C olmalıdır. İdeal iş diapazonu: 90–100°C.
- Turbinli və ya turbinsiz mühərrikin tam işə hazır olduğunu göstərən əlamətlər:
- Soyuducu maye 90 °C temperaturda sabit qalır.
- Yağın temperaturu 90–100 °C arasındadır.