Adaptasiyaların sıfırlanması

10 azn


BMW-də adaptasiyaların sıfırlanması — avtomobilin elektron idarəetmə bloklarının zavod parametrlərinə qaytarılması prosesidir. 


Bu, əsasən, elektron idarəetmə blokların sürücülük tərzinə, mühərrikin vəziyyətinə və digər komponentlərə uyğunlaşdırdığı parametrlərə aiddir.


Adaptasiyaların sıfırlanması nə üçün lazımdır:


Təmir və ya hissələrin dəyişdirilməsindən sonra

Aşağıdakı hissələr dəyişdirildikdən sonra adaptasiyaların sıfırlanması tövsiyə olunur:


Zaslonka

Hava ölçən sensoru

Alışdırma şamı

Bobin

Forsunka

Membran

Valvetronik

VANOS

Lyambda zond (katalizator sensoru)

Sürət qutusu və s.



Mühərrikin qeyri-sabit işləməsinin aradan qaldırılması

Zamanla avtomobilin elektron idarəetmə bloku səhv məlumatlara uyğunlaşa bilər:


Çəkmədə zəiflik

Yanacaq sərfiyyatının artması

Sürət qutusunda təkanlar, gecikmələr 

        

Yeni idarəetmə proqramı yeni öyrənmə şəraiti tələb edir — sıfırlama prosesi "təmiz vərəqdən" başlamağa kömək edir.

Yanacağın və ya istismar şəraitinin dəyişməsi.

Məsələn, Aİ92 oktanlı benzindən Aİ95/98-ə keçid zamanı köhnə adaptasiyalar mühərrikin optimal işləməsinə mane ola bilər.


Hansı adaptasiyalar sıfırlanır:


Zaslonkanın adaptasiyası

Yanacaq qarışığının korreksiyası

VANOS adaptasiyası

VALVETRONİK adaptasiyası

Qaz pedalının adaptasiyası

Sürət qutusunun adaptasiyası (avtomat qutu üçün) və s.


❗ Diqqət:

Sıfırlamadan sonra avtomobil bir müddət (20–50 km) qeyri-sabit işləyə bilər. Avtomobilin elektron idarəetmə bloklar yenidən öyrənməsi üçün normal və sakit sürücülük rejimində sürmək tövsiyə olunur.