ALIŞMA ŞAMLARININ YOXLANILMASI
AUTOOL SPT101 benzin mühərriklərinin alışdırma şamlarını yoxlamaq üçün nəzərdə tutulmuşdur. Bu cihaz şamın işlək olub-olmadığını və real şəraitə yaxın vəziyyətdə necə işlədiyini müəyyən etməyə kömək edir.
Əsas funksiyaları:
1. İskranın yoxlanması:
Şamın ucları arasında qığılcım (iskra) yaranırmı, yoxsa yox – bunu göstərir.
Qığılcımın gücü, sabitliyi və forması müşahidə olunur.
2. Şamların müqayisəsi:
Eyni anda iki şamı test etmək və bir-biri ilə müqayisə etmək mümkündür.
3. Real şəraitin simulyasiyası:
Cihaz mühərrikin iş rejimini təqlid edərək 0-dan 6000 dövr/dəq-ə qədər tezliyi tənzimləməyə imkan verir.
4. Vaxt və pul qənaəti:
Bütün şamları dəyişməyə ehtiyac olmur – nasaz olanı tez tapmaq mümkündür.
5. Təhlükəsiz və mühərrikdən kənar yoxlama:
Şamı mühərrikə taxmadan, sadəcə test cihazında yoxlamaq olur.
Nə zaman istifadə etmək lazımdır:
Mühərrik silkələnirsə, çətin işə düşürsə və ya güc itkisi varsa.
Yeni alınmış şamları quraşdırmadan əvvəl yoxlamaq üçün.
Müntəzəm texniki xidmət zamanı və ya avtomobil uzun müddət işləmədikdə.