EURO 0 KATALİZATORUN LƏĞVİ (BENZİN, DİZEL)

60 azn - dən


Avtomobil üçün “Euro-0” proqram təminatı (proşivka) nədir?

"Euro-0" proşivkası avtomobilin mühərrik idarəetmə blokunun (ECU) proqram təminatının dəyişdirilməsidir. Bu dəyişiklik nəticəsində avtomobilin ekoloji tələblərə cavab verən sistemləri deaktiv edilir – əsasən Euro 2, Euro-3, Euro-4 və daha yüksək standartlara uyğun olan komponentlər.


Euro-0 proşivkasına nələr daxildir:

  1. Katalizatordan əvvəl və sonra lambda zondların deaktiv edilməsi
    – Bu sensorlar  yanacaqın tənzimlənməsi və katalizatorun effektivliyini izləyir. Euro-0 proşivkasında onlar deaktiv edilir, və səhvlər artıq görünmür.
  2. Katalizatorun silinməsi və ya onun yerinə “obmanqa” qoyulması
    – Katalizator silindikdən sonra sistem səhv verir. Euro-0 proqramı bu problemi proqram səviyyəsində həll edir.


Euro-0 nə zaman edilir?

  • Katalizator sıradan çıxıb və ya silinib.
  • Lambda zondlar nasazdır və onları dəyişmək sərfəli deyil.
  • Avtomobilin qaz reaksiyasını və gücünü bir az artırmaq istənilir.
  • Mühərrikdə ekoloji sensorlar səbəbindən "Check Engine" lampası yanır.


Nəticə:

Euro-0 proşivkası - ekoloji sistemlərin proqram vasitəsilə deaktiv edilməsidir. Əgər katalizator artıq yoxdur və ya mühərrik səhv siqnalları verir, bu zaman düzgün hazırlanmış Euro-0 proqramı faydalı ola bilər.