EURO 0 KATALİZATORUN LƏĞVİ (BENZİN, DİZEL)
Avtomobil üçün “Euro-0” proqram təminatı (proşivka) nədir?
"Euro-0" proşivkası avtomobilin mühərrik idarəetmə blokunun (ECU) proqram təminatının dəyişdirilməsidir. Bu dəyişiklik nəticəsində avtomobilin ekoloji tələblərə cavab verən sistemləri deaktiv edilir – əsasən Euro 2, Euro-3, Euro-4 və daha yüksək standartlara uyğun olan komponentlər.
Euro-0 proşivkasına nələr daxildir:
- Katalizatordan əvvəl və sonra lambda zondların deaktiv edilməsi
– Bu sensorlar yanacaqın tənzimlənməsi və katalizatorun effektivliyini izləyir. Euro-0 proşivkasında onlar deaktiv edilir, və səhvlər artıq görünmür. - Katalizatorun silinməsi və ya onun yerinə “obmanqa” qoyulması
– Katalizator silindikdən sonra sistem səhv verir. Euro-0 proqramı bu problemi proqram səviyyəsində həll edir.
Euro-0 nə zaman edilir?
- Katalizator sıradan çıxıb və ya silinib.
- Lambda zondlar nasazdır və onları dəyişmək sərfəli deyil.
- Avtomobilin qaz reaksiyasını və gücünü bir az artırmaq istənilir.
- Mühərrikdə ekoloji sensorlar səbəbindən "Check Engine" lampası yanır.
Nəticə:
Euro-0 proşivkası - ekoloji sistemlərin proqram vasitəsilə deaktiv edilməsidir. Əgər katalizator artıq yoxdur və ya mühərrik səhv siqnalları verir, bu zaman düzgün hazırlanmış Euro-0 proqramı faydalı ola bilər.