Adaptasiyaların sıfırlanması
BMW-də adaptasiyaların sıfırlanması — avtomobilin elektron idarəetmə bloklarının zavod parametrlərinə qaytarılması prosesidir.
Bu, əsasən, elektron idarəetmə blokların sürücülük tərzinə, mühərrikin vəziyyətinə və digər komponentlərə uyğunlaşdırdığı parametrlərə aiddir.
Adaptasiyaların sıfırlanması nə üçün lazımdır:
Təmir və ya hissələrin dəyişdirilməsindən sonra
Aşağıdakı hissələr dəyişdirildikdən sonra adaptasiyaların sıfırlanması tövsiyə olunur:
Zaslonka
Hava ölçən sensoru
Alışdırma şamı
Bobin
Forsunka
Membran
Valvetronik
VANOS
Lyambda zond (katalizator sensoru)
Sürət qutusu və s.
Mühərrikin qeyri-sabit işləməsinin aradan qaldırılması
Zamanla avtomobilin elektron idarəetmə bloku səhv məlumatlara uyğunlaşa bilər:
Çəkmədə zəiflik
Yanacaq sərfiyyatının artması
Sürət qutusunda təkanlar, gecikmələr
Yeni idarəetmə proqramı yeni öyrənmə şəraiti tələb edir — sıfırlama prosesi "təmiz vərəqdən" başlamağa kömək edir.
Yanacağın və ya istismar şəraitinin dəyişməsi.
Məsələn, Aİ92 oktanlı benzindən Aİ95/98-ə keçid zamanı köhnə adaptasiyalar mühərrikin optimal işləməsinə mane ola bilər.
Hansı adaptasiyalar sıfırlanır:
Zaslonkanın adaptasiyası
Yanacaq qarışığının korreksiyası
VANOS adaptasiyası
VALVETRONİK adaptasiyası
Qaz pedalının adaptasiyası
Sürət qutusunun adaptasiyası (avtomat qutu üçün) və s.
❗ Diqqət:
Sıfırlamadan sonra avtomobil bir müddət (20–50 km) qeyri-sabit işləyə bilər. Avtomobilin elektron idarəetmə bloklar yenidən öyrənməsi üçün normal və sakit sürücülük rejimində sürmək tövsiyə olunur.